"Meşəyə aparıb orda..." - Ülviyyə qardaşının bıçaqlanmasından DANIŞDI
"Mən bu xəbərin yayılmasını istəmirdim. Kim yayıbsa, təəssüf ki, doğrudur. Biz şikayətçiyik, çünki qardaşım meşəyə aparılaraq bıçaq zərbəsiylə yaralanıb. Qonşu bıçaqlayıb”.
Redaktor.az xəbər verir ki, bunu açıqlamasında müğənni Ülviyyə Namazova deyib.
O bildirib ki, bıçaqlanan qardaşının vəziyyəti ağırdır və reanimasiyadadır:
"700 metr qan axa-axa yerdə sürünüb. Hazırda "Semaşko” xəstəxanasında reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.
Qeyd edək ki, mətbuatda tanınmış müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazovun bıçaqlanması barədə xəbərlər tirajlanıb (azxeber.com).