Məşhur müğənni Zaur Kamalın oğluna bahalı avtomobil alır? - SÖZ VERDİ

 17:34 09.10.2024     100

Müğənni Rüfət Axundov aparıcı Zaur Kamalın oğlu Bartuya bahalı avtomobil söz verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Həmin Zaur" proqramında bildirilib.

Rüfət Axundov Bartunun "BMW" markalı avtomobilləri sevdiyini deyib.

Bu zaman Zaur Kamal oğlunun xoşladığı maşının baha olduğunu və ifaçıya qiymətində köməklik göstərməsini xahiş edib. Rüfət isə buna razılıq verib.

Qeyd edək ki, Rüfət Axundovun eyni zamanda restoran biznesi var. O bir müddət əvvəl "Həmin Zaur" verilişində "Müğənnilikdən əlavə hərdən maşın satıram" sözlərini söyləyib.