Müğənnilər arasında pul qalmaqalı: "10 000 dollar... "
Müğənnilər Şəbnəm Tovuzlu ilə Ali Pormehr ilə pul qalmaqalı yaşanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlu bildirib.
Proqrama qonaq olan ifaçı Ali Pormehr həmkarı Şəbnəm Tovuzluya Türkiyədə onunla birlikdə konsert vermək üçün 10 000 dollar (17 000 AZN) ödəyib. Lakin ifaçı konsertdən 3 000 dollar zərərdə qalıb. Buna baxmayaraq Şəbnəm Tovuzlu Aliyə dəyən zərərə görə heç bir məbləğ qaytarmayıb:
"Mən ona 10 000 dollar (17 000 AZN) ödədim. Amma öz haqq-hesabımı alanada 3 000 dollar zərərdə qaldım. Bundan Şəbnəm xanımın xəbəri oldu, amma mənə heçnə ödəmədi".