"Bu haqda danışmaqdan bezmişəm..." - Əməkdar artist aparıcıları ittiham ETDİ
Əməkdar artist Gövhər Rzayeva teleaparıcılarla bağlı gileyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, yaradıcılığından yox, şəxsi həyatından bəhs edilməsindən bezdiyini deyib.
"Söz tapmırlar danışmağa. Mənə aparıcılar verilişdə sual verirlər, cavab verirəm. Dəfələrlə deyirəm ki, bu barədə başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qurtaranda, "yarım-yarım" deyir. O aparıcılar da elədirlər" (lent.az).