Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA

 14:51 18.10.2024     127

Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın məbləği istər sosial mediada, istərsə də cəmiyyətdə hər zaman müzakirə mövzusu olub. Tanınmış müğənni Kərim Abbasovun toydan əldə etdiyi qazancla bağlı verdiyi açıqlama da birmənalı qarşılanmayıb.

O qeyd edib ki, iştirak etdiyi toyların birində 15 dəqiqə ərzində 28 min dollar şabaş qazanıb. O. həmçinin bildirib ki, müğənni həmkarı - Xalq artisti Röya Ayxan da həmin toya çox yüksək məbləğə, yarım saat iştirak üçün 45 min dollara dəvət olunub.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə onların qazandığı bu qədər pula görə vergi ödəyib-ödəməmələri müzakirə olunub.

Redaktor.az xəbər verir ki, oxu.az-ın əməkdaşı 30-a yaxın sənətçinin vergi borclarını araşdırıb.

Məlum olub ki, onlardan bəzilərinin müəyyən məbləğdə vergi borcları var.

Kərim Fətulla oğlu Abbasov - 6.84 (6 manat 84 qəpik);

 

 

  • Xəbəri Payl