"Təranəni bağışlamaq mümkün deyil, zəng edib yalvarırdı..." - Kərim

 16:30 18.10.2024     108

Müğənni Kərim Abasov hazırda həbsdə olan keçmiş arvadı Təranə Səmədova ilə bağlı danışıb.

Redaktor.az olay-a istinadla xəbər verir ki, o, “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun “Təranə Səmədovanı bağışlamısan” sualını belə cavablandırıb:

“Bağışlamamışam. Bir insan ki ağlayaraq sənə zəng edib yalvarırsa... Bəli, Allahdan “Təranəni mənə möhtac elə” kəlməsini istəmişəm. Şeytan onun beynini əlindən alıb, elədi... Eybi yox... Amma Təranəni bağışlamaq mümkün deyil. Amma insanlıq xatirinə kömək edəcəyəm”.