"Kişi ailənin hambalı, qadın isə aşbazı olmalıdır" - Xalq artisti
“Babam həmişə bizə deyirdi ki, siz oğlanlar, bilin ki, oxusanız belə alnınıza nökərlik, köləlik, qulluq yazılıb. Yəni gələcəkdə taleyiniz belə olacaq. Evə də baxmalısan, bazarlığı da etməlisən. Babam da, atam da, mən də belə olmuşam”.
Redaktor.az olay.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
Akademik Musiqili Teatrının aktyoru bildirib ki, Azərbaycan kişisi hambal olmalıdır:
“Azərbaycan kişisi hambal kimi olmalıdır. Bəli, əsl kişi hambal olmalıdır və hambalların qədrini bilmək lazımdır. Amma mən eşidirəm ki, elə xanımlar var ki, hambalların qədrini bilmirlər. Mən ailənin hambalından danışıram. Ailənin hambalı ailənin qalxanı, cangüdənidir. Qadın da ailənin aşpazı olmalıdır”.