“30 ildir çörək yemirəm” - Faiq Ağayev

 10:42 29.10.2024     273

Xalq artisti Faiq Ağayev formada qalmağın sirrini açıqlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində danışıb. 

“Soyuqsevər insanam. Amma soyuducuda yaşamıram. Soyuducuya zaman-zaman yaxınlaşıram. Mən kökəlirəm, nə kəskin çəki atıram, nə də çəki alıram. Ona görə dəyişmirəm. Ən böyük sirr yeməmək və pəhrizdir. Mən 1996-cı ildən çörək yemirəm. İki il sonra 30 il olacaq. Çox nadir hallarda kartof yeyərəm, onu da kimsə gözümün qarşısında qızartsa... Aş yemirəm, aşın qarasını daha çox yeyirəm, nəinki özünü. Sənətim tələb edir ki, formada qalasan. İnsanla heç kim onun iztirabını çəkmir. Kimsə hansısa problemini, psixoloji sıxıntısını aradan götürmək üçün əməliyyata gedirsə, əcəb edir. Vacibi odur ki, əməliyyata təzə maşın həvəsinə düşən yeniyetmələr kimi girməyəsən. Əməliyyat elə deyil. Hər dəfə narkoz qəbul edirsən, mənfi təsiri var. O boyda Şıxəli Qurbanov dişə vurulan iynəyə görə getdi. Hərdən qorxmaq lazımdır. Mən bəzən zarafatla deyirəm ki, ləlöyünəm. Yeməyi sevirəm, amma özümü çərçivədə saxlayıram. Mənim üçün normal çəki 55-dir. Birdən cızığımı keçib 70-ə, 80-ə çatsam, əməliyyatsız necə arıqlayaram? Ona görə deyirlər, heç vaxt “heç vaxt” demə”.