Meyxanaçının sağalması üçün 130 min dollar LAZIMDIR

 16:25 31.10.2024     392

Meyxanaçı Oqtay Kamil qatıldığı teleproqramda həmkarı Xəyyam Əhmədlinin səhhətinin ağır olduğunu deyib. 

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, ürəyində problem olan Xəyyam Əhmədlinin qarnına su yığılır. 

“Ürəyinin yenidən əməliyyat olunmasına icazə verilmir. Ritmi normal deyil. Qarnına su yığılır, ürək aparatı qoşulmalıdır, o da 130 min dollardır, Almaniyada istehsal olunur. Həmin aparatı istehsal edən şirkət gəlib quraşdırır gedir".

Oqtay əlavə edib ki, pul yığmaq üçün aksiya edəcəklər.

Meyxanaçı Xəyyam 2018-ci ildə ürəyindən anju olunub. O hazırda xəstəxanadadır və meyxanaçının anası da eyni xəstəlikdən qonşu palatada yatır.