"Xanımıma demişəm ki, arzum var dünyadan birlikdə köçək" - Manaf Ağayev

 16:22 01.11.2024     290

Müğənni Manaf Ağayev qeyri-adi arzusunu dilə gətirib.

Redaktor.az xəbər verir ki, ATV-də "7 tamam" verilişində danışan sənətçi bu dünyadan xanımı ilə birlikdə köçmək istədiyini bildirib.

Sənətçi, ailədə sevgidən öncə hörmətin vacib olduğunu deyib:

"Xanımıma demişəm ki, bir arzum var bu dünyadan birlikdə köçək. Bütün istəklərimə çatmışam. Övladlarımız var, nəvələrimiz var. Bir bu arzum həyata keçməyib hələ ki. Sevgidən öncə ailədə hörmət vacibdir. Çünki sevgidən danışmaq mənim yaşıma yaraşmaz. Bir də dünyaya gəlsəydim, yoldaşımla ailə qurardım. Nə yaxşı ki, o var" (azxeber.com).