Mələkxanım Eyubovanın nəvəsi əməliyyat olundu – VİDEO

 21:07 02.11.2024     409

Xalq artisti Mələkxanım Eyubovanın nəvəsi Adil əməliyyat olunub.

Redaktor.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətkarın gəlini Səadət sosial media hesabında yazıb. O, övladının burun əti – adenoid əməliyyatı olduğunu açıqayıb.

"Bitdi şükür. Balam adenoidlə bağlı əməliyyat olundu" deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, Adil M.Eyubovanın oğlu Cəfərin övladıdır. Cəfər 2014-cü ildə Səadət adlı xanımla evlənib. Onların bir qızı da var. Sənətçinin bloger qızı Nəzrin isə müğənni Mərdan Kazımovla ailəlidir.