"Camaat əndamı çöldə qalan müğənniləri toyuna gətirir" - Şeyx Əbdül sərt danışdı

 21:57 04.11.2024     578

Xəbər verdiyimiz kimi, aparıcı Rövşanə Ağasəfqızı bəzi müğənnilərlə bağlı qalmaqallı açıqlama verib. Aparıcı deyib ki, o müğənniləri mən də efirə çıxarmışam. Bu gün onları cəmiyyətə necə sırımışıqsa, indi qarşısını ala bilmirik. Çünki reytinq verməliydik. Bizim qarşımıza cədvəl qoymuşdular ki, reytinq verməlisiniz”.

Məsələylə bağlı Redaktor.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da aparıcının fikirlərini dəstəkləyib.

Onun sözlərinə görə, xalqın əxlaqın, milli ideologiyasın, tarixin şəxsi adamların istəyinə uyğun özbaşına buraxmaq olmaz:

“Mən həmişə deyirəm ki, televiziyada meymunluq edənlər çox şey istəyə bilərlər. Axı möhtəşəm idarəçilik sistemi, struktur, rəhbərlik olmalıdır və onlar buna nəzarət etməlidir. Kim 3-5 manat verir soyundurub efirə buraxırıq. Ağızlarına gələni də oxuyurlar. Rövşanə xanıma bu etirafına görə, ona təşəkkür edirəm. İndi ona demək istəyirəm ki, qələmini əlinə al və bu işləri qabardaq. Özü də cəsarətli xanımdır”.

Şexy Əbdül deyib ki, bu adamları efirlərdən yığışdırmaq üçün Mədəniyyət Nazirliyi tərəfindən iş aparılmalıdır:

“Efirə çıxanlar musiqidən, sözdən, dildən, mədəniyyətdən imtahan verməlidirlər. Necə ki, bunu bizdən əvvəl korifeylər edirdilər. İnsanlarımızı da qınayıram, çünki ev-eşiklərini satıb bu cür əndamları çöldə qalan müğənniləri toyuna gətirirlər. Millət də səfərbər olmalıdır ki, bu problemi aradan qaldıraq. Yoxsa, övladlarımız məhv olub gedir”.

Vasif ƏLİHÜSEYN