Mehmet Ali saxlanıldı - FOTO

 14:44 11.11.2024     352

Türkiyənin bəzi məşhur simaları ilə bağlı istintaq başladılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu "qeyri-qanuni mərc oyunlarını təşviq etmə" iddiası ilə bağlı apardığı istintaqda, aralarında blogerlərin və bəzi məşhur adların da olduğu 20 şübhəli müəyyən edib.

İddiaya görə, 20 şübhəlinin içərisində müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil də yer alır. 

Əməliyyat zamanı Mehmet Ali Erbil və 15 şübhəli saxlanılıb.

Sərdar Ortaç və digər şübhəlilərin tutulması istiqamətində isə tədbirlər davam edir. (Milli.Az)