Ayseldən “Oğlanın var?” sualına maraqlı cavab: "Aid olduğum torpaqda çiçək açıram"

 15:01 21.11.2024     512

Müğənni Aysel Əlizadə öz "Instagram" səhifəsində izləyicilərinin ünvanladığı sualları cavablandırıb. 

Redaktor.az xəbər verir ki, o, süd vəzi əməliyyatı etdirməsi ilə bağlı suala belə reaksiya verib:

"Qətiyyən olmayıb. Olsa, səmimi cavablandıraram. Anormal baxmıram. Bu sual çox verilir. Üzümə isə vitaminlər vurdururam".

Şəxsi həyatı ilə bağlı "Oğlanın var" sualına Aysel cavabında deyib: "Subayam. Qəlbimi yandıranı silirəm, uzaqlaşıram, aid olduğum torpaqda çiçək açıram.

Hər kəs sevgiyə layiq deyil. Layiq olmayanlara həyatımda önəm vermədiyim üçün qəlbimi yandıra bilmir. Oxşayan əllərin dəyərini bilək".