"Yenidən evlənəcəm..." - Boşanma xəbərindən danışan Hadisə - FOTO

 14:24 02.12.2024     133

Türkiyənin məşhur müğənnisi Hadisə keçmiş əri Mehmet Dinçerlərdən boşanması ilə bağlı niyə iki ildir, açıqlama verməməsindən danışıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni qonaq olduğu proqramda bunun arxasında duran əsas səbəbi bildirib.

“Çünki aramızda müqavilə var - danışmamaq müqaviləsi. Özünü yaxşı hiss edərsən, inanarsan... Amma olmadı, bu qədər. Yenidən evlənəcəyəmmi? Bəli. Yenidən boşanacağammı? Bəli”, - deyə Hadisə söyləyib.

Qeyd edək ki, Hadisə və Mehmet Dinçerler 2022-ci ilin aprel ayında ailə arasında baş tutan sadə mərasimlə evləniblər. Ancaq cütlüyün xoşbəxtliyi qısa sürüb. Onlar çətin bir prosesdən sonra elə həmin ilin sentyabrında beş aylıq evliliklərini bitiriblər.