Məşhur müğənninin ölkədən çıxışına qadağa QOYULDU
“Davadan sonra sındırılan barmağım işləmir”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov qonaq olduğu “Günə bax” verilişində deyib.
Bir müddət əvvəl toyların birində döyülən sənətçi bildirib ki, ölkədən çıxışına da qadağa qoyulub:
“Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, “stop”um var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İnanıram ki, hər şey düzgün olacaq. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstünə hücum çəkməkləri nə dərəcədə düzgündür hələ bilmirəm. Mən polisə güvənirəm. İnanıram ki, polis bunu ciddi araşdıracaq. Hadisə baş verən zamanı şahidlərdə var idi. İnanıram ki, onlar polisə gördüklərini düzgün şəkildə danışıblar. İstəmirəm ki, haqlı olaraq mən haqsız çıxarsınlar. Yenə deyirəm mən polisimə inanıram və güvənirəm” (olay.az).