"Əsəb keçirirdim" - Qorxmaz Əlili aparıcılara görə soyadını DƏYİŞDİ
Əməkdar artist Qorxmaz Əlilizadə soyadını dəyişməsindən danışıb.
Redaktor.az xəbər verir ki, aktyor bu haqda "Həftənin qonağı" verilişində söz açıb. O bildirib ki, aparıcılara görə Əlili soyadını Əlizadə edib:
"Əlili soyadımdan imtina edə bilmərəm. Soyadım brenddir. Əlilizadə etdim. Aparıcılar düzgün demirdilər. Əlli deyirdilər. Dedizdirə bilmirdim ki, Əlili. Ona görə çevirdim Əlilizadə etdim. Bilirsiniz, nə qədər əsəb keçirirdim? Aparıcıların mənə hörmətsizliyi idi. Bu qədər hörmətsizlik, soyuqqanlılıq olar? Başa düşmürlər ki, özlərini savadsızlıq durumuna salırlar" (axşam.az).