Keçmiş model fotoşəkillərindən icazəsiz istifadə edildiyi üçün məhkəməyə müraciət ETDİ

 21:27 11.12.2024     102

Keçmiş model Tuba Ünsal, müqavilə müddəti başa çatmasına baxmayaraq görüntülərindən icazəsiz istifadə edildiyi və ödəniş edilmədiyi iddiası ilə "Neolife İthalat İhracat AŞ" şirkətinə qarşı alacaq iddiası ilə məhkəməyə müraciət edib.

Redaktor.az xəbər verir ki, İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə açılan iddiaya görə, vitamin dəstək məhsulları satan şirkət müqavilə müddəti bitməsinə baxmayaraq Tuba Ünsalın foto və videolarından icazəsiz ticari məqsədlər üçün istifadə edib.

Bundan əlavə, müqavilə əsasında aktrisaya ödənilməsi lazım olan məbləğin də verilmədiyi iddia olunur. İlk məhkəmə iclasında Tuba Ünsalın vəkili və "Neolife İthalat İhracat AŞ"nin vəkili iştirak edib.

Tuba Ünsalın vəkili: “Alacağımız var. Qarşı tərəfin qanunsuz müdaxiləsinin qarşısının alınmasını istəyirik”, - deyib. 

Şirkətin vəkili isə Tuba Ünsalın iddia etdiyi ödənişlərin həyata keçirildiyini bildirərək, iddianın rədd edilməsini tələb edib.

Məhkəmə, şirkətin qanunsuz istifadə hallarının olub-olmadığını müəyyən etmək üçün işi ekspertizaya göndərərək prosesi növbəti tarixə təxirə salıb.

Seymur BƏNNAYEV