Sol qolumu da itirdim, yaşamaq istəmirəm - Sərdar Ortaç
Məşhur müğənni Serdar Ortaç qanunsuz mərc reklamı səbəbilə ev həbsində olduğu müddətdə sol qolunu itirdiyini açıqlayıb və "ölmək istəyirəm" deyib.
Redaktor.az xəbər verir ki, qanunsuz mərc araşdırması çərçivəsində 3 ilə qədər həbs cəzası tələb edilən Ortaça ev həbsinə qərar verilib. Qərarın ləğvindən sonra sosial mediada paylaşmaları ilə diqqət çəkən müğənni, Özlem Esra Adanın proqramında iştirak edib.
MS xəstəliyi ilə mübarizə aparan Ortaç, müsahibəsində belə deyib:
"Ev həbsindəyəm, xəstəliyim üzündən sol ayağımı itirmişdim, çətinliklə yeriyirdim. Buna baxmayaraq, "yenə də konsertlərimi edərəm" deyirdim və edirdim də. Amma bu mərc bəlası başıma gəldi, cəza aldım. Evdə qandalla yeriyərkən çox stress keçirdiyimdən sol qolumu da itirdim".
Seymur BƏNNAYEV