"Hamı mənim yıxılmağımı gözləyirdi?" - Türkiyəli müğənni
Qanunsuz mərcə təşviq ittihamı ilə mühakimə olunan məşhur müğənni Serdar Ortaç, keçirdiyi çətin günlərlə bağlı üsyan dolu açıqlama verib.
Redaktor.az xəbər verir ki, bir müddət ev həbsində qalan və cəzası ləğv edildikdən sonra ilk konsertini verən Ortaç, sosial mediada paylaşmalarını da davam etdirir. Onun son açıqlamaları isə izləyicilərini kədərləndirib.
Ortaç belə deyib:
"Televizoru açıram, illərlə "abi-abla" dediyim insanlar mənə təhqirlər yağdırır. Mən "Böyük Serdar Ortaç" ifadəsini də bəyənmirəm. Bu dövrdə heç kim nə sultandır, nə hökmdar. Hamı mənim yıxılmağımı gözləyirdi?".
Kənan YUSİF