Məşhur aktrisa xərçəngə məğlub OLDU

 23:10 17.12.2024     423

Bir müddətdir xərçənglə mübarizə aparan məşhur aktrisa Diane Delano 67 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, 90-cı illərin məşhur serialı "Northern Exposure" ilə tanınan aktrisanın 40 illik zəngin karyerası olub. O, sonuncu filmini 2024-cü ilin əvvəlində təqdim edib.

Delano, həmçinin "Popular" serialında və "The Wicker Man" filminin yenidən çəkilmiş versiyasında da rol alıb. Aktrisanın Sherman Oaksdakı evində dünyasını dəyişdiyi və ölüm səbəbinin xərçəng olduğu bildirilib.

Seymur BƏNNAYEV