ABŞ Dəniz Qüvvələri məşhur aktyora mükafat VERDİ
ABŞ-li aktyor Tom Cruise, ABŞ Dəniz Qüvvələrinə göstərdiyi "önəmli töhfələr" səbəbilə "Üstün İctimai Xidmət Mükafatı" ilə təltif edilib.
Redaktor.az xəbər verir ki, aktyor Londondakı "Longcross Film Studiyaları"nda keçirilən mərasimdə, ABŞ Dəniz Qüvvələrinin Katibi Carlos Del Toro tərəfindən "Üstün İctimai Xidmət Mükafatı"nı alıb.
Del Toro, aktyorun filmlərdəki rolları ilə orduya verdiyi "önəmli töhfələr"ə görə Cruise-a təşəkkür edərək, ona medal təqdim edib.
Cruise isə Dəniz Qüvvələrinin ona verdiyi mükafatdan qürur duyduğunu bildirib.
Seymur BƏNNAYEV