Məşhur müğənninin anası vəfat etdi
![](https://img.redaktor.az/news/2024/12/photo_264847.jpg?v=MTk6MTkyMDI0LTEyLTI0IDIzOjUxOjAz)
Anadolu Rock musiqisinin sevilən adlarından olan müğənni Murat Kekilli, sosial media hesabında anası Sıdıka Kekillinin vəfat etdiyini elan edib.
Redaktor.az xəbər verir ki, Murat Kekilli paylaşımında: "İnna lillahi və inna ileyhi raciun. Anamız Sıdıka Kekilli Haqqın rəhmətinə qovuşmuşdur! Allah rəhmət eləsin deyənin aqibəti xeyir olsun", - sözlərinə yer verib.
Pərəstişkarları paylaşımın altına şərhlər yazaraq məşhur müğənniyə başsağlığı diləyiblər.
Seymur BƏNNAYEV