16 yaşlı məşhur aktyor həyatını İTİRDİ
"Baby Driver" filmində baş rolu ilə tanınan 16 yaşlı ABŞ-li aktyor Hudson Cozef Meek faciəvi bir qəza nəticəsində həyatını itirib.
Redaktor.az xəbər verir ki, kiçik yaşlarından etibarən müxtəlif layihələrdə iştirak edən gənc aktyorun keçən həftə Alabama ştatının Vestavia Hills şəhərində hərəkətdə olan avtomobildən düşərək ağır zədə aldığı bildirilib.
Yerli mənbələrin məlumatına görə, avtomobildən düşdükdən sonra küt travma keçirən Meek, xəstəxanaya çatdırılsa da, iki gün sonra həyatını xilas etmək mümkün olmayıb.
Seymur BƏNNAYEV