Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - FOTO

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.
Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır (Qafqazinfo).
Fotoda: Emin Əfəndi