Aysun ayrıldığını belə göstərdi – VİDEO
Müğənni Aysun İsmayılova yenə ayrılıq xəbərləri ilə gündəmdədir.
Redaktor.az xəbər verir ki, müğənni Aysun İsmayılova və vəkil Ramil Vəliyevin ikinci dəfə boşanma xəbərləri mətbuatın diqqətini çəkib. Cütlük bu barədə rəsmi açıqlama verməsə də, bəzi detallara əsaslanaraq ayrılıq xəbərlərinin doğru olma ehtimalı yüksək qiymətləndirilir.
Belə ki, Aysun və Ramil sosial mediada bir-birini izləmədən çıxarıblar. Üstəlik, Aysun İsmayılovanın son paylaşımı da bu xəbərləri təsdiqləyən məqamlardan biri olub. Müğənninin "Kesin Bilgi" mahnısının müşayiəti ilə paylaşdığı videoda sol əlində üzüyün olmaması diqqətdən yayınmayıb.
Eyni zamanda, Ramil Vəliyevin “Hər şeyin əvvəli olduğu kimi, bir sonu da var” deməsi ayrılıq xəbərlərinin daha da güclənməsinə səbəb olub.
Qeyd edək ki, cütlüyün ayrılıq səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur (yenisabah.az).