“Əziz dostum iki ildir aramızda yoxdur”
Bu gün Əməkdar artist Tünzalə Əliyevanın ölüm ildönümüdür.
Redaktor.az xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva mərhun dostu ilə bağlı paylaşım edib:
“Mənim əziz dostum, səhnəmizin gül çiçəyi Toppuş bacı artıq iki ildir ki, aramızda yoxdur. Onun yoxluğu nəinki sənət aləmində, həm də ürəklərdə dərin bir boşluq buraxıb. O, insanlara sevgi bəxş edən, səhnəyə həyat gətirən bir mələk idi. Hər zaman qəlbimizdə yaşayacaq və işıqlı xatirələri ilə bizi təbəssümlə yad edəcək. Ruhun şad olsun, əziz Tünzalə...”.