Banu Alkan xəstəxanaya yerləşdirildi
Türk kinosunun “Afrodit” ləqəbli ulduzu Banu Alkan, yüksək təzyiq və şəkər xəstəliyinə bağlı sağlamlıq problemləri səbəbilə xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, sosial mediada yayılan beyin qanaması keçirdiyinə dair iddialar pərəstişkarlarını qorxuya salıb.
Lakin vəziyyətlə bağlı dəqiq məlumatlar sənət aləminin tanınmış siması Onur Akay tərəfindən açıqlanıb.
Yeşilçamın əfsanəvi ulduzu Banu Alkanın sağlamlıq vəziyyəti pərəstişkarlarını narahat etsə də, beyin qanaması xəbərlərinin doğru olmadığı təsdiqlənib. Məşhur aktrisanın yüksək təzyiq və şəkər xəstəliyi səbəbilə xəstəxanada müalicə aldığı bildirilib. Onun vəziyyəti ilə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.
Kənan YUSİF