"Belə nəticə olacaqdısa..." - Müğənni uğursuz əməliyyatından DANIŞDI

 17:45 26.01.2025     220

Müğənni Mənzurə Musayeva plastik əməliyyatının uğursuz alındığını etiraf edib.

Redaktor.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" verilişində danışıb.

O bildirib ki, üzgərmə etdirib, amma bəyənməyib:

"Dəyişiklik görmədim. Düzdür, təbiiliyim yerindədir, pis günə qalmayıb. Amma buxaq hissəm yox idi, yaranıb. 6 ay tamam olandan sonra həkimin yanına gedəcəyəm, görüm nə olacaq. Deyib, 6 ay məni narahat etmə. 7 saat narkozda qalmışam. Belə nəticə olacaqdısa, heç girməzdim. Özü də pulunu ödədim" (axşam.az)