Miri Yusif həmin şəxsi BAĞIŞLADI

 17:08 30.01.2025     112

Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndini onun videolarını yayacağı ilə şantaj edən şəxsin məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, ilkin iclasda Miri Yusif və Emin Əfəndi sözügedən şəxsi bağışlayıb.

Qeyd edək ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə Emin Əfəndiyə  mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və pul tələb edib.

Daxili İşlər Nazirliyinin operativ reaksiyası nəticəsində sözügedən şəxs qısa zamanda polis tərəfindən saxlanılıb (modern.az).