Özündən 25 yaş kiçik köməkçisi ilə nigaha girdiyi deyilən İbrahim Tatlısəs iddialara cavab verdi
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin özündən 25 yaş kiçik köməkçisi Tuğçe Korkmazla gizli dini nikah bağladığı iddia olunurdu.
Redaktor.az xəbər verir ki, məşhur müğənni bu iddialara cavab verib.
72 yaşlı Tatlısəsin 47 yaşlı köməkçisi ilə sevgi münasibətində olduğu və cütlüyün gizlicə imam nikahı kəsdirdiyi iddiaları ortaya atılmışdı.
Məsələ ilə bağlı Özbəkistandan İstanbula qayıdarkən hava limanında jurnalistlərin suallarını cavablandıran Tatlısəs deyib: "Bu xanım mənim əlim, ayağımdır, işində-gücündədir... Mənə körpə kimi baxır".
Tatlısəs açıqlamasında yayılan iddiaların yalan olduğunu bildirib.
Kənan YUSİF