44 yaşlı supermodel üçüncü dəfə ana oldu

 23:41 05.02.2025     76

Supermodel Jizel Bündhen üçüncü dəfə ana olub.

Redaktor.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Jizel Bundhen və Xoakim Valente valideyn olublar, lakin nəşrin insayderi uşağın doğum tarixini, cinsini və ya yerini açıqlamayıb. Supermodel də xəbərə rəsmi münasibət bildirməyib.

Oktyabrın sonunda "People" jurnalı Jizel Bündhenin 2023-cü ilin iyun ayından bəri görüşdüyü 37 yaşlı Xoakim Valentenin uşağına hamilə olduğunu bildirib. Supermodelin futbolçu Tom Bredidən Benjamin Reign adlı oğlu və Vivian Lake adlı qızı da var.

Bundan əvvəl “In Touch Weekly” tabloidi yazmışdı ki, Jizel Bündhen və Xoakim Valente uşaqları dünyaya gəldikdən sonra Kosta Rikada təvazökar toy planlaşdırırlar. İnsayderin sözlərinə görə, şənliyə Braziliyadan ən yaxın qohumlar dəvət olunacaq. Mərasim portuqal dilində keçiriləcək.

Turan İSMAYIL