Aysun üçüncü dəfə ərə getməyə hazırlaşır - FOTO

 15:37 20.02.2025     249

Müğənni Aysun İsmayılova yenidən ailə qurmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən açıqlama verib.
Aysun deyib ki, düzgün biri çıxsa, bu haqda düşünər:

“Düzgün biri çıxsa! Bunu düşünmək çox tezdir, çünki övladım var. Amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil.

Aysun “Bəs qorxmursan, yenidən ailə qursan səni qınayarlar” sualına bu cavabı verib:

“Mən həyatımı kimlərəsə görə yaşamıram. Həyata bir dəfə gəlirəm. Həyat mənimdir, necə istəyərəm elə yaşayaram. Heç kim qarışa bilməz! O qınayanların həyatında bir bilsəz, nələr baş verir”.