Özcan Dəniz ölümlə təhdid EDİLİR

Türkiyəli məşhur müğənni Özcan Dəniz qardaşı Ərcan Dəniz tərəfindən özünün və ailəsinin ölümlə təhdid edildiyini bildirərək məhkəmədən qorunma tələb edib.
Redaktor.az axar.az-a istinadən bildirir ki, sənətçi bununla bağlı İstanbul Ailə Məhkəməsinə müraciət edib.
Məhkəmə Ə.Dənizin Özcan Dəniz və həyat yoldaşı Samar Dadqar Dənizə 3 ay boyunca yaxınlaşmaması barədə məhdudiyyət tətbiq edib.
Qeyd edək ki, bundan öncə sənətçinin ailədaxili problemlər yaşadığı və infarkt keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.