Məşhur aktrisa “Yalı çapkını”na geri DÖNÜR

Türkiyənin məşhur “Yalı çapkını” serialına daha əvvəl ekran işi ilə vidalaşan aktrisa qayıdacaq.
Redaktor.az xəbər verir ki, Serpil rolunu canlandıran Türkü Su Dəmirəl 97-ci bölümündən etibarən yenidən serialda rol alacaq.
Serialın martda yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida etməsi planlaşdırılır.
Qeyd edək ki, artıq 3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.