Müğənniyə Qarabağ Universitetində vəzifə VERİLDİ

 16:57 25.02.2025     183

Sevilən ifaçı Ayaz Qasımova yüksək vəzifə verilib.

Redaktor.az xəbər verir ki, bu haqda müğənni "Qonaqcanlı" verilişində deyib.

Onun sözlərinə görə sənətçi, ali təhsil ocağında Estrada Musiqisi fakultəsinə rəhbərlik edəcək:

"Mənə belə bir təklif gəlib. Qarabağ Universitetində Estrada Musiqisi fakultəsinə rəhbərlik etməyimi istədilər. Mən də qəbul etdim. Azad olunmuş torpaqlar gündən-günə çiçəklənir. İnşallah tezliklə rəsmiləşəndən sonra bu barədə hər kəs biləcək" (manset.az).