Ceff Bezos onu kosmosa GÖNDƏRƏCƏK

“Amazon” şirkətinin qurucusu, milyarder Ceff Bezos amerikalı müğənni Keti Perrini kosmosa göndərəcək.
Redaktor.az xəbər verir ki, bu barədə onun özəl aerokosmik şirkəti “Blue Origin” məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yazında altı qadından ibarət komanda – müğənni Keti Perri, jurnalist və Ceff Bezosun nişanlısı Laura Sançez, teleaparıcı Qeyl Kinq, aerokosmik mühəndis Aişa Bove, ictimai fəal Amanda Nquen və kino prodüseri Kerian Flinn kosmosa uçmağı planlaşdırır.
“Keti 115 milyarddan çox yayımla bütün zamanların ən çox satılan musiqi sənətçilərindən biridir. O, həm də bir çox xeyriyyə işlərinin tərəfdarıdır, o cümlədən UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyət göstərir. Burada onun səsinin gücü hər bir uşağın sağlamlıq, təhsil, bərabərlik və müdafiə hüququnu təmin edib”, - məlumatda qeyd olunub.