Türkiyəli sənətçinin vəziyyəti PİSLƏDİ

Məşhur türkiyəli musiqiçi və aktyor İlhan Şeşenin səhhəti pisləşib.
Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları açıqlama veriblər.
Onun jurnalist dostu Mehmet Üstündağ sənətçinin sağlamlıq durumunu belə izah edib:
“Kədərli xəbər gəldi. Durumu ağır olaraq qalır. Sənətçinin bir müddətdir xərçənglə mübarizə apardığını bilirik. Həkimləri müalicə prosesinin artıq başa çatdığını, vəziyyətin hazırda kritik həddə olduğunu bildiriblər”.
Qeyd edək ki, İlhan Şeşen 2003-2004-cü illərdə “Mühürlü Güller”, 2004-2006-cı illər arasında “Aliye” serialı ilə daha da populyarlaşıb. O, Sunay Akınla “Aşk şarkıları ve Öyküler” adlı verilişin siması olub. Bir çox məşhur nəğmələrin söz və musiqisinin müəllifi kimi də tanınır.
2023-cü ilin dekabrından bəri ağciyər xərçəngi ilə mübarizə aparır.