"Yuxarıdakılar mənə deyiblər ki, sənə hər şey vermişik, bunu etmə"

 15:00 09.03.2025     164

"İndi cavanlar toya gedib oxuyurlar. Elə bilirlər orada oxumaq sənətdir. Toylarda sənət yoxdur. Mən sənətkaram. Mənə Xalq artisti adı veriblər. Çünki mən sənətin içində çalışmışam. Mən toylara getməmişəm. Mən sənət görmüşəm".

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Üzləşmə" layihəsində deyib.

O, niyə toylarda çıxış etməməsinə aydınlıq gətirib:

"Ukrayna, Moldova, Belarus, Qazaxıstana qastrollara gedirdik. İndi onlar yoxdur. Toylar pul mənbəyidir. Mən elə yaşdayam ki, rahatam, pensiyaçıyam. Mənə çox lazım deyil. Cavan vaxtlarım olsaydı belə, indi gedib toylarda oxumazdım.

Yuxarıdakılar mənə deyiblər ki, Cavan, xahiş edirik, toya getmə. Sənə hamısını vermişik. Xalq artisti adı, ev vermişik, getmə. İndi sən ayrı adamsan. Mən bunu başa düşdüm. Elə cavanlar var ki, pulu sevirlər, qaçaqaçdır. Həftədə iki dəfə toya gedirəm, nə gözəl deyirlər. Onlara 500 manat verirlər, çıxıb deyirlər 5000 manat veriblər. Sizdən kim soruşub ki, nə qədər veriblər sizə?

Şou-biznes ayrı həyatdır. Gərək elə yaşayasan. Yaşım çoxdur. Bu, həyatdır. Göydəki edir bunları. O, səndən soruşmur. O, belə edir ki, rahat ol, bu cür lazımdır" (axşam.az).