Nəsrin onunla sevgilidir - FOTO

Hazırda yayımlanan “Sandık kokusu”nda iki sevgili obrazını canlandıran Nəsrin Cavadzadə və Pamir Pekin real həyatda da eşq yaşayırlar.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə uzun müddət iddialar irəli sürülsə də, ikili bu mövzuda susmağa üstünlük verirdi. Lakin Pekin sakitliyi artıq pozub. Belə ki, o, instaqram hesabının hekayə bölümündə Nəsrinlə olan fotolarını paylaşıb.
Həmin fotolar qısa müddətdə bütün sosial şəbəkələrdə yayılaraq iddiaları təsdiqləmiş olub.
Qeyd edək ki, ikinci sezonundan seriala qatılan N.Cavadzadə “Ayça”, P. Pekin isə “Hakan” obrazına həyat verir.