Arıqlayacağının anonsunu verdi - VİDEO

“Bu günə qədər bu məsələ ilə bağlı açıqlama verməmişdim. Mənim çəki almağım səhhətimdə olan problemlərlə bağlı idi”.
Redaktor.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Aytən Səfərova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
A.Səfərova arıqlayacağını bəyan edib: “Arıqlasam, daha qəşəng olacam. Proses gedəcək. Görək, indi necə olacaq, arıqlaya biləcəyəmmi? Məndə heç vaxt kompleks olmayıb. Zənnimcə, qadın maraqlı olmalıdır. Amma bəzən əndazəni keçəndə mütləq “stop” deyib, nəsə etmək lazımdır. İndi artıq çəkim səhhətimdə başqa problemlərə səbəb olduğu üçün çalışıram buna bir əncam çəkim”.