Timati üçüncü dəfə ata olacaq

 11:11 28.03.2025     227

Müğənni Timur Yunusov (Timati) və model Valentina İvanova körpə gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “StarHit” nəşri cütlüyün yaxınlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İvanova hamiləliyin ilkin mərhələsindədir və hamiləliyi problemsiz davam edir. Məşhurların yaxınları qeyd edib ki, müğənni və model xoşbəxtdir.

Timati heç vaxt evlənməyib, lakin əvvəlki münasibətlərindən iki övladı var. 2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı var. 2019-cu ildə onun bloger Anastasiya Reşetovadan Ratmir adlı oğlu var.

T.İSMAYIL