“Bəzi Xalq və Əməkdar artistlər acından ölür” - Müğənni

"Elə sənət dostlarımız var ki, Xalq, Əməkdar artisti, amma evdə acından ölürlər. Ad çəkməyəcəyəm, amma kim gündəmdədi, tələbatlıdır ona ilişirlər”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü” verilişində deyib. Sənətçi bəzi Xalq və Əməkdar artistlərin məclislərə dəvət olunmadığını deyib:
"Sənin sənətin varsa və tələbat yoxdursa, problem səndədir. Musiqi ruhun qidasıdır, pis musiqi yoxdur. Ola bilər sənin oxuduğun musiqi tərzini bəyənmirəm. Sən necə Şəbnəmin, Vəfanın (müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova - red.) oxuduğuna pis deyə bilərsən? Bu gün onları dəvət edib, sən Xalq artistini çağırmırlarsa, problem sənin özündə, səsinin rəngindədi, xasiyyətində və seçdiyin mahnıdadır. Bütün günü oturub estradaya qulaq asa bilmərəm. Ən uzağı yarım saat qulaq asaram, toya gedirəm milli musiqilərimi oynamaq istəyirəm” (axşam.az).