"Homay" treki Ukraynada da birinci yeri tutdu

 22:19 07.04.2025     500

“Apple Music” platformasındakı məlumatlara görə, “AY YOLA” başqırd qrupunun “Homay” bəstəsi Ukraynada ən çox dinlənilən mahnılar arasında birinci yeri tutub.

Redaktor.az xəbər verir ki, başqırd dastanının qəhrəmanı Humaya həsr olunmuş trek ukraynalı ifaçıları geridə qoyaraq, Ukraynada "Apple Music"də ən populyar 100 mahnı siyahısına başçılıq edir.

Qeyd edək ki, "Homay" hazırda dünyada ən çox dinlənilən mahnı sayılır.

Turan İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən