"Sadəcə havamı dəyişdim" - Afaq buna görə "Xəzər TV"dən gedib

 11:11 10.04.2025     229

Aparıcı Afaq Gəncəli "Xəzər TV" ilə yollarını ayırmasından danışıb.

Redaktor.az xəbər verir ki, aparıcıya "Həmin Zaur" verilişində "Gedəndə qapını çırpıb gedirsiniz, yoxsa ehtimal olaraq aralı saxlayırsınız" sualı ünvanlanıb.

"Gedirəmsə, qapını çırpmıram, bağlayıram. Sındırmaqla, çırpmaqla aram yoxdur. Adam var ki, sındırır, dağıdır bununla da ürəyi sakitləşir. Mən belə deyiləm. Sadəcə bağlayıram" deyə, Afaq cavab verib.

Aparıcı daha sonra "Mən bildim siz nəyi nəzərdə tutursunuz (gülür). Siz bu sual ilə kanal məsələsini deyirsiniz. Baxır haradan, necə gedirsən. Getmədim, sadəcə, havamı dəyişdim. Hər yerin havası gözəldir" sözlərini əlavə edib.

Qeyd edək ki, A.Gəncəli uzun illər çalışdığı ATV kanalı ilə yollarını ayırdıqdan sonra "Xəzər TV"də işə başlayıb. Aparıcı bu mövsün fəaliyyətini yenidən ATV-də davam etdirib (axşam.az).