Vəfa Şərifova: "Mən Bakıda kəmər taxmıram" - VİDEO

Müğənni Vəfa Şərifova avtomobil idarə edərkən təhlükəsizlik kəməri bağlamır. Müğənni qanunları saymadığını özü etiraf edib. Çəkdiyi videolardan birində bu barədə danışan müğənninin kəmər bağlamadığına görə, hətta iki gün əvvəl qonaq olduğu ATV-nin "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə ona üzərində təhlükəsizlik kəməri olan geyim hədiyyə edib.
Redaktor.az xəbər verir ki, müğənnilərin bu cür davranışlarının cəmiyyətə çox pis nümunə olduğunu nəzərə alsaq, onlara "gözün üstə qaşın var" deyilməməsi daha pis nəticələrə səbəb ola bilər. Sosial şəbəkədə paylaşılan nömrəsiz avtomobilləri belə müəyyən edib qanuni tədbir görən Baş Dövlət Yol Polisi İdarəsi yəqin ki, müğənninin bu etirafına sükutla yanaşmayacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbinə görə, Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə sürücü qırx manat məbləğində cərimə edilir. Kəməri bağlamayıb, üstəlik bunu bir qəhrəmanlıq edirmiş kimi xüsusi qeyd etmək isə artıq cəmiyyətə çox pis nümunədir və ümid edirik ki, qarşısı qətiyyətlə alınacaq (yenilik.az).