Emin “Rolls-Royce”la qəzaya düşübmüş - VİDEO

 12:20 21.04.2025     140

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov evinin qarajından görüntülər paylaşıb.

Redaktor.az xəbər verir ki, Ağalarov instaqram hesabında paylaşdığı sözügedən görüntülərdə həyat yoldaşı Alyona Qavrilovanın “Gelendvagen” və özünün “Rolls-Royce” avtomobilini nümayiş etdirib.

O, həmçinin qızının uşaqlar üçün nəzərdə tutulan kiçik “Gelendvagen”i olduğunu da bildirib. 

Eyni zamanda, xalq artisti bir müddət əvvəl “Rolls-Royce”la qəzaya düşdüyünü, hazırda isə onun artıq tam təmir edildiyini deyib. Emin qəza vaxtı çəkilmiş fotoları da paylaşımına əlavə edib.