"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum OLDU

 11:00 05.05.2025     65

“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.

 Redaktor.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri müğənni Elnarə Xəlilova və televiziya-radio aparıcısı Ağa Nadirovdur.

13, 15 və 17 may tarixlərində İTV-də birbaşa yayımlanacaq 69-cu “Avroviziya” mahnı müsabiqəsi saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.