"Avroviziya - 2025" mahnı müsabiqəsi başladı - CANLI

 23:12 13.05.2025     100

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.

Redaktor.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir.