Ulduz aktrisa 12 ildən sonra ilk dəfə Kann Film Festivalında çıxış edir

 23:41 22.05.2025     57

"Harri Potter" filminin ulduzu və aktrisa Emma Uotson 12 ildən sonra ilk dəfə Kann Film Festivalında görünüb.

Redaktor.az xəbər verir ki, bu barədə sosail şəbəkə istifadəçiləri paylaşımlar edib.

35 yaşlı Emma Uotson "Palais des Festivals"də fotosessiyaya çəkilib. Aktrisa qolsuz yay damalı libası və zamşa hündürdaban çəkmələri ilə pozalar verib. Görünüş zəncirli çanta və "Ray-Ban" günəş eynəyi ilə tamamlanıb.

Xatırladaq ki, aprel ayında aktrisa 34 yaşı münasibəti ilə fotolar yayımlayıb. Fotoların birində Emma Uotson büstqaltersiz kamera qarşısına keçib. Məşhur cins şalvar və zinət əşyaları taxıb: sırğalar, zəncir, bilərziklər və bir neçə üzük. Sənətçi makiyajsız pozalar verib.

İyul ayında Emma Uotson Oksfordda olarkən paparassilərə tuş gəlib. Aktrisa hələlik adı məlum olmayan yeni sevgilisi ilə öpüşərkən lentə alınıb.

Turan İSMAYIL